Noy 01, 2025 18:07 Asia/Baku
  • Hizbullah ABŞ-ın təhdidlərinə təslim olmayacaq

Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim deyib ki: Hizbullah ABŞ-ın təhdidlərinə təslim olmayacaq. Amerika tərəfsiz bir vasitəçi olmayıb, sionist rejimin və işğalçılığın hamisidir.

Livan Hizbullahının baş katibi sionist rejimin Livan ərazisindəki işğalçılığını müvəqqəti bir məsələ adlandırıb.

Hər kəs müqavimət edərsə, öz torpaqlarını geri ala biləcək. Bura, bizim torpağımızdır və azad edilməlidir- deyə, Livan Hizbullahının baş katibi vurğulayıb.

Amerika Livanda məsələlərin islah olunduğunu iddia edir- deyən Şeyx Nəim Qasim söyləyib: Amerika iddia edir ki, Livanda problemlərin həllinin ardıncadır, lakin Amerika əsla tərəfsiz bir vasitəçi deyil; o, işğalçılara tərəfdar və onların hamisidir. Elan olunan zaman, Amerikanın elçisi bölgəyə səfər edir, İsrail rejiminin təcavüzləri artır və təzyiqlər çoxalır.

Amerikanın işğalçı rejim tərəfindən atəşkəsin beş min dəfədən çox pozulması ilə bağlı mövqeyi necədir? Amerika daim bu təcavüzləri əsaslandırmağa çalışır- deyə, Livan Hizbullahının baş katibi vurğulayıb.