Ankara kürdlərin silahlandırılmasına qarşı çıxdı
https://azeri.sahartv.ir/news/türkiyə-i268690-ankara_kürdlərin_silahlandırılmasına_qarşı_çıxdı
Ankara Suriyanın şimalında kürdlərin silahlandırılmasına dair Ağ Evin qərarına qarşı çıxıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 10, 2017 08:01 Asia/Baku
  • Ankara kürdlərin silahlandırılmasına qarşı çıxdı
    Ankara kürdlərin silahlandırılmasına qarşı çıxdı

Ankara Suriyanın şimalında kürdlərin silahlandırılmasına dair Ağ Evin qərarına qarşı çıxıb.

Türkiyə baş nazirinin müavini ABŞ prezidenti Donald Trampın Suriyanın şimalında kürd yaraqlılara silah göndərilməsinə dair qərarına reaksiya verib: Belə məsələ Ankara üçün qəbuledilməzdir.

Bir ABŞ rəsmisi iddia edib ki, ABŞ prezidenti Donald Tramp Türkiyənin müxalif olmasına baxmayaraq, Suriya kürdlərinə ağır silahların göndərilməsi ilə razılaşıb.

Bu rəsmi Röytersə müsahibəsində deyib: Vaşinqton Xalq Müdafiəçiləri Qüvvələrinə silah göndərmək niyyətindədir.

ABŞ-ın Suriya daxilində bu qrupa dəstəyi ilə yanaşı qeyd edək ki, bu qrupun PKK ilə yaxın əlaqəsi vardır. ABŞ və Türkiyənin hər ikisi PKK-nı terror qruplaşması hesab edir. 

Türkiyə ötən aylarda dəfələrlə Suriyanın şimalında kürdlərin nüfuzunun artmasından nigaranlıq edərək ABŞ-ın onlara köməklərini tənqid edib.