Türkiyə ABŞ-ın hərəkətindən narahatdır
-
Türkiyə ABŞ-ın hərəkətindən narahatdır
Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah verməsindən narahatdır.
Türkiyə xarici işlər naziri televiziya çıxışında deyib: Kürdlərə verilən istənilən silah Türkiyə üçün təhdiddir. Reallıq budur ki, Suriyada kürd qüvvələri içərisində ən güclü qüvvəni təşkil edən ABŞ-ın dəstəklədiyi qüvvə İŞİD əleyhinə çoxlu uğurlar qazanmışdır. Koalisiya hava hücumları ilə bu qüvvəni dəstəkləyir. ABŞ son aylarda bu qrupa silahlar vermişdir. Həmçinin Suriyada yerləşən ABŞ-ın xüsusi qüvvələri onlara hərbi məsləhətlər verirlər. Lakin ABŞ-ın Suriya kürdlərinə silah yardımı Türkiyənin ən həssas təhlükəsizlik nöqtəsinə əl qoymaqdır. Əslində Türkiyənin son vaxtlar Suriyada keçirdiyi əməliyyat sırf İŞİD-i geri çəkilməyə məcbur etmək üçün olmayıb, bu əməliyyatın önəmli məqsədlərindən biri kürdləri Türkiyə ilə Suriya sərhədlərindən uzaqlaşdırmaq olub. Türkiyənin qənaətincə, YPG adlanan Xalq Müdafiə Qüvvələrinin PKK ilə əlaqəsi vardır. PKK isə təkcə Türkiyə deyil, Avropa Birliyi və ABŞ-ın baxışınca, terror qruplaşmasıdır. Buna görə, gələn həftə Türkiyə və ABŞ prezidentlərinin Vaşinqtonda görüşündə bu barədə ciddi müzakirə aparılacağı gözlənilir.