Ərdoğan bir daha AKP-nin baş katibi seçilib
https://azeri.sahartv.ir/news/türkiyə-i270114-Ərdoğan_bir_daha_akp_nin_baş_katibi_seçilib
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qurultayında 1414 səs qazanaraq bir daha bu partiyanın baş katibi vəzifəsinə seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2017 07:44 Asia/Baku
  • Ərdoğan bir daha AKP-nin baş katibi seçilib
    Ərdoğan bir daha AKP-nin baş katibi seçilib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qurultayında 1414 səs qazanaraq bir daha bu partiyanın baş katibi vəzifəsinə seçilib.

Ərdoğanın AKP-nin baş katibi seçilməsi Türkiyədə konstitusiyaya dəyişiklik referendumundan sonra mümkün oldu. Dəyişikliyə görə prezident partiya üzvü də ola bilər, halbuki referendumdan öncə prezident heç bir partiyanın üzvü olmamalı idi. 

AKP-nin baş katibi vəzifəsinə yeganə namizəd olan Ərdoğan qurultayda iştirak edən 1470 üzvdən 1414 səs qazana bilib.