Türkiyədə 4 mindən çox məhkəmə hakimi və prokuror kənarlaşdırılıb
-
Türkiyədə 4 mindən çox məhkəmə hakimi və prokuror kənarlaşdırılıb
Türkiyənin ədliyyə naziri ötən il bu ölkədə baş vermiş uğursuz çevrilişlə bağlı 4 mindən çox məhkəmə hakiminin və prokurorun kənarlaşdırılmasından xəbər verib.
Röyters-in məlumatına görə, Bəkir Bozdağ bu gün Ankarada etdiyi çıxışında deyib ki, məhkəmə aparatı Fəthullah Gülən tərəfdarlarından təmizlənibdir.
Türkiyə, özünün istədiyi sürgün əsasında Amerikada yaşayan Güləni ötən il iyulun ortalarında Türkiyədə baş vermiş çevrilişi planlaşdırmaqda ittihamlandırır, lakin o, çevrilişlə hər cür əlaqəsini təkzib edibdir.
Bu çevrilişlə əlaqədə olmaq ittihamı ilə Türkiyə polisində, məhkəmə aparatında, dövlət sektorunda və özəl sektorunda 100 mindən çox insan ya işindən kənarlaşdırılıb, ya da ki, işi dayandırılıbdır.
Türkiyədə geniş miqyasda təmizləmələr və ixraclar Qərb ölkələrinin, eləcə də insan haqları qruplarının hiddətinə səbəb olubdur.