Türkiyə qırıcıları PKK terrorçularına havadan zərbələr endirdi
May 28, 2017 06:43 Asia/Baku
-
Türkiyə qırıcıları PKK terrorçularına havadan zərbələr endirdi
Türkiyə Hava Qüvvələrinin PKK terrorçularının sığınacağına olan hücumları zamanı 10 terrorçunun öldüyü bildirilir.
TRT telekanalının verdiyi məlumata görə, Van valiliyi bildirib ki, şənbə günü axşam saatlarında Türkiyə ordusu Hava Qüvvələrinin F-16 qırıcı təyyarələri bu vilayətin Körüklü məntəqəsində PKK terrorçularına ağır zərbələr endirib. Nəticədə 10 silahlı ölüb.
Bu məlumata görə, terrorçuların toplaşdığı məkanın kordinatları pilotsuz uçan aparat(PUA) vasitəsi ilə müəyyən edilib.
2015-ci ilin iyul ayında Türkiyə dövləti ilə PKK arasındakı atəşkəs pozuldu. O zamandan bəri Türkiyənin cənub-şərqi ordu qüvvələri ilə PKK yaraqlıları arasında toqquşmaların şahididir.