Türkiyə ABŞ-ın YPG-yə dəstəyini pislədi
İyun 01, 2017 05:36 Asia/Baku
-
Mövlud Çavuşoğlu
Türkiyənin XİN rəhbəri Amerikanın Suriyada YPG adlanan kürd yaraqlılarına silah dəstəyinin insanlığa qarşı hərəkət, TÜrkiyə və Suriyanın taleyi üçün təhlükəli təşəbbüs olduğunu bildirib.
Mövlud Çavuşoğlu müxbirlərə açıqlamasında deyib: YPG-yə dəstək Suriyanın ərazi bütövlüyü və suverinliyi baxımından da son dərəcə təhlükəlidir. Türkiyənin XİN başçısı deyib: Terror təşkilatına verilən silah sadəcə Türkiyəyə qarşı deyil, bütün insanlığa qarşıdır. YPG-yə dəstək Suriya taleyi üçün çox təhlükəlidir.