Avropa Komissiyasının Türkiyədə edam hökmü barədə xəbərdarlığı
-
Klud Yonker
Avropa Komissiyasının sədri Türkiyəyə xəbərdarlıq edib ki, bu ölkədə edam hökmünün yenidən bərpa edilməsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə mane olacaq.
Röytersin verdiyi məlumata görə, AK-nın sədri Klud Yonker dünən deyib: Türkiyədə edam hökmünün yenidən bərpa edilməsi bu ölkənin AB-yə qoşulmaq üzrə səyləri prossesinin sonu demək olacaq.
AK-nin sədri eyni zamanda deyib: Türkiyənin Avropa Birliyinə qoşulması üzrə müzakirələr dayandırılmamalıdır.
Türkiyə 2004-cü ildə Avropa Birliyinə üzvlük səyləri istiqamətində edam cəzasını ləğv etdi.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, ölkə parlamenti edam cəzasının yenidən bərpa edilməsinə qərar verərsə yaxud Türkiyə xalqı referendum vasitəsi ilə bunu istəyərsə o edam hökmunun bərpası ilə razılaşacaq.
Türkiyə ilə Avropa Birliyi arasında hüquq və təhlükəsizlik mövzularında böhran son dərəcə güclənib.
Hazırkı şəraitdə AB-in miqrantlar və suriya böhranı ilə əlaqədar Türkiyənin yardımlarına ehtiyacı var.