Putin: Rusiya Türkiyəyə "S-400" raket sistemini satmağa hazırdır
https://azeri.sahartv.ir/news/türkiyə-i271454-putin_rusiya_türkiyəyə_s_400_raket_sistemini_satmağa_hazırdır
Rusiya prezidentinin bu ölkənin Türkiyəyə "S-400" raket sistemini satmağa hazır olduğunu bildirməsilə bu hərbi texnikanın NATO-ya üzv və Amerika ilə hərbi müttəfiq olan bir ölkəyə təhvil verilməsinə şərait yaranıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2017 05:01 Asia/Baku
  • Putin: Rusiya Türkiyəyə

Rusiya prezidentinin bu ölkənin Türkiyəyə "S-400" raket sistemini satmağa hazır olduğunu bildirməsilə bu hərbi texnikanın NATO-ya üzv və Amerika ilə hərbi müttəfiq olan bir ölkəyə təhvil verilməsinə şərait yaranıbdır.

Daxil olan məlumatlara görə, Putin belə deyib: "S-400" müdafiə sisteminin satılması haqda türk tərəflə müzakirələr aparmışıq və onu təhvil verməyə hazırıq.

Ankara Amerika və Almaniyanın "Patriot" raket sistemlərinin Türkiyənin cənubundan çıxmaları ilə "S-400" hava hücumundan müdafiə sistemlərinin satın alınmasını ön plana çəkibdir.

Belə bir halda, Türkiyə 1952-ci ildən NATO-ya üzvdür və o zamandan bəri NATO-nun hava hücumundan müdafiə sistemləri bu ölkədə fəal olubdur.

Bu üzdən, Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərinin satın alınmasına maraq göstərməsi bir növ Türkiyənin NATO ilə ixtilaflarının artmasının nişanəsidir. Bu ixtilaflar ötən bir ildə özünün kulminasiya nöqtəsinə çatıbdır.