Türk rəsmisi: Terrorizm bütün dünyanı hədəf alıb
İyun 05, 2017 10:52 Asia/Baku
-
Ömər Çəlik
Türkiyənin Avropa Birliyi işləri üzrə naziri deyib: Terrorizm bütün dünyanı hədəf alıb.
Türkiyədə çıxan Milliyyət qəzetinin internet portalının məlumatına görə, Ömər Çəlik son London terror aktlarını qınayaraq, terrorizmlə mübarizə üçün ziddiyyətli siyasətlərdən uzaq qlobal həmrəyliyi vacib adlandırıb.
O deyib: Bəzi terror qruplaşmaları ilə əməkdaşlıq və bu qruplaşmalar arasında fərq qoymaq terrorizm inancının güclənməsinə səbəb olur.
Teqlər