Türkiyə Suriya kürd qruplarının təchiz olunmasını tənqid etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i272698-türkiyə_suriya_kürd_qruplarının_təchiz_olunmasını_tənqid_etdi
Türkiyə Prezident Aparatının sözçüsü deyib: ABŞ hökumətinin Suriya kürd qruplarını təchiz etmək siyasəti yanlış idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 04:49 Asia/Baku
  • İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə Prezident Aparatının sözçüsü deyib: ABŞ hökumətinin Suriya kürd qruplarını təchiz etmək siyasəti yanlış idi.

İRNA-nın məlumatına görə, İbrahim Kalın NTV televiziyası ilə müsahibədə deyib: YPG terror qruplaşmasının bir neçə il öncə İŞİD-lə gizli razılaşmaları olub və ABŞ-ın bu qruplaşmanı silahla təchiz etmək siyasətləri yanlış idi.

Türkiyə Prezident Aparatının sözçüsü əlavə edib: Suriyanın şimal istiqamətindən Türkiyənin təhlükəsizliyi əleyhinə təhdid olduğu halda, Ankaranın sərt reaksiyası ilə üzləşəcək.

Türkiyə ABŞ-ın PYD və YPG-yə göndərdiyi silahların PKK-nın ixtiyarına verildiyini iddia edir.

Türkiyə Prezident Aparatının sözçüsünün açıqlaması ilə yanaşı qeyd edək ki, Ankara və Vaşinqtonun terrorizm qarşısındakı strategiyası ikilidir.