Ərdəbil müvəşşəh qrupunun Ankara çıxışı
İranın Nur Səfirləri müvəşşəh qrupu Ankarada Quran səmavi sədasını icra edib.
İRNA-nın məlumatına görə, Ərdəbil vilayətinin Nur Səfirləri müvəşşəh qrupu Seyid Məhəmməd Ələvinin başçılığı və İran İslam Respublikasının Ankaradakı səfirliyinin mədəniyyət attaşesinin təşəbbüsü ilə ötən gecə Ankaranın Kocatəpə məscidində Quran oxumaq proqramını icra edib.
Bu mərasimdən öncə İran İslam Respulbikasının Türkiyədəki səfirliyinin mədəniyyət attaşesi Həsən Səfərxani Ayətullah Fazil Qolpayqani ilə birlikdə Kocatəpə məscidinin imam camaatı İsmayıl Coşarla görüşüb.
Səfərxani bu görüşdə İran İslam Respublikasının Quran-Kərimin təsfiri və bu barədə həyata keçirdiyi işləri açıqlayaraq deyib: Dünyanın indiki durumunda İran və Türkiyə arasında əlaqələrin gücləndirilməsi və islam dünyasının hadisələrinin düzgün dərki dini və mədəni münasibətləri gücləndirmək üçün zəruridir.
Nur Səfirləri müvəşşəh qrupu İran İslam Respublikasının Ankaradakı səfirliyinin mədəniyyət attaşesi tərəfindən mədəni-incəsənət festivalında iştirak etmək üçün dəvət olunub və 6 gün müddətində Ankaranın dini mərkəzi və məscidlərində proqram idra edir.