Adana və İsfahan arasında hava reysi yaradıldı
İyun 12, 2017 11:09 Asia/Baku
-
Adana və İsfahan arasında hava reysi yaradıldı
Türkiyənin Adana şəhəri ilə İranın İsfahan şəhəri arasında hava reysi həftədə bir uçuşla yaradılıb.
İRNA-nın məlumatına görə, bu uçuş Boinq 734 təyyarəsi ilə 170 sərnişinlə həyata keçirilir.
Bu uçuşdan öncə, Gürcüstanın Tiflis, İraqın Nəcəf-Əşrəf və Bağdad, Küveyt, Avstriyanın Vyana, Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Şarja və Türkiyənin İstanbul aerportlarına İsfahanın şəhic Behişti beynəlxalq aeroportlarından uçuşlar həyata keçirilmişdir. İsfahan aeroportu İran aeroportlarına dəstək rolunu da oynayır və il ərzində bir çox fövqəladə, təcili yardım enişləri üçün istifadə olunur.
Teqlər