Beynəlxalq Məhkəmədə Ərdoğanla bağlı iş qaldırıla bilər
https://azeri.sahartv.ir/news/türkiyə-i273344-beynəlxalq_məhkəmədə_Ərdoğanla_bağlı_iş_qaldırıla_bilər
Türkiyənin sabiq xarici işlər naziri Suriyaya silah daşıyan yük maşınları məsələsinin hələ də bağlanmadığına işarə edib və deyib: Bu mövzu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın beynəlxalq Haaqa məhkəməsində mühakimə edilməsinə yol aça bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2017 16:13 Asia/Baku
  • Yaşar Yakış
    Yaşar Yakış

Türkiyənin sabiq xarici işlər naziri Suriyaya silah daşıyan yük maşınları məsələsinin hələ də bağlanmadığına işarə edib və deyib: Bu mövzu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın beynəlxalq Haaqa məhkəməsində mühakimə edilməsinə yol aça bilər.

Suriyanın Əl-Əxbariyə telekanalının verdiyi məlumata görə, Yaşar Yakış deyib: Suriyada terrorçulara silah daşıyan yük maşınları məsələsi Ərdoğanı beynəlxalq Haaqa məhkəməsinə çəkə bilər. Çünki, mövcud video görüntülərdən aydın olur ki, O, Suriyada terrorizmin himayəsində rola malikdir. 

O, daha sonra deyib: Türkiyə Böyük Millət Məclisinin üzvü Bərbəroğlunun həbs edilməsi Ərdoğanın Suriyada terrorçuları himayə üzrə rolunu sübut etmiş oldu.