İzmirdə NATO-nun hərbi binası yaxınlığında partlayış
İyun 22, 2017 14:55 Asia/Baku
-
İzmirdə NATO-nun hərbi binası yaxınlığında partlayış
Türkiyənin İzmir şəhərində NATO-nun hərbi binası yaxınlığında baş vermiş partlayışda binanın bir hissəsinə ziyan dəyib.
Röyters-in verdiyi məlumata görə, bu partlayış bu gün səhər İzmirin Gültəpə məntəqəsində NATO-nun hərbi binasının yerləşdiyi ərazidə baş verib.
Türkiyə polisi hadisə yerini mühasirəyə alıb və partlayışın səbəbləri barədə araşdırmalara başlayıb.
Hələ ki, hadisənin məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib. Hadisə nəticəsində xəsarət alanların olub - olmadığı barədə isə məlumat verilmir.
İzmir Türkiyənin 3-cü ən iri şəhəridir.