Türkiyə ordusunun 2 hərbçisi dünyasını dəyişdi
https://azeri.sahartv.ir/news/türkiyə-i273856-türkiyə_ordusunun_2_hərbçisi_dünyasını_dəyişdi
Türkiyənin cənub-şərqində PKK ünsürləri ilə döyüşlərdə yaralanan ordunun iki hərbçisi dünyasını dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2017 13:38 Asia/Baku
  • Türkiyə ordusunun 2 hərbçisi dünyasını dəyişdi
    Türkiyə ordusunun 2 hərbçisi dünyasını dəyişdi

Türkiyənin cənub-şərqində PKK ünsürləri ilə döyüşlərdə yaralanan ordunun iki hərbçisi dünyasını dəyişib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, bu iki hərbçi Bitlis vilayətində PKK ünsürlərinə qarşı keçirilən əməliyyatda ağır yaralanmışdı. 

2015-ci ilin iyun ayında Türkiyədə silahlı münaqişələrə son qoymaq məqsədilə icra olunan zəif atəşkəs rejimi pozulduqdan sonra PKK ilə Türkiyə ordusu arasında qarşıdurmalar yenidən başlayıb. 

1984-cü ildən başlanan bu münaqişədə indiyə qədər 40 min nəfər dünyasını dəyişib.