Avropa Şurasında Türkiyənin durumu araşdırılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i274356-avropa_Şurasında_türkiyənin_durumu_araşdırılıb
Avropa Şurasının baş katibi deyib ki, bu şura Türkiyə olaylarını, eləcə də bu ölkədəki uğursuz çevrilişdə həbs və ixrac olunanların durumunu yaxından izləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2017 07:25 Asia/Baku
  • Avropa Şurasında Türkiyənin durumu araşdırılıb

Avropa Şurasının baş katibi deyib ki, bu şura Türkiyə olaylarını, eləcə də bu ölkədəki uğursuz çevrilişdə həbs və ixrac olunanların durumunu yaxından izləyir.

Türkiyənin TRT kanalı vebsaytının məlumatına görə, Avropa Şurasının baş katibi Torb Yoron Yaqland bu şuranın parlament assambleyasının Strasburqda keçirilən iclasında deyib: Ankara rəsmilərilə müzakirədə Türkiyə olayları, eləcə də bu ölkədəki uğursuz çevrilişdə həbs və ixrac olunanların durumu ilə bağlı araşdırma komissiyası yaradıldı.

Yaqland əlavə edib: Türkiyədə ötənilki uğursuz çevrilişdən sonra işindən çıxarılmış və bundan öncə məhkəmə aparatına müraciət edə bilməyən şəxslərin məsələsi öz həllini tapdı.

Bu avropalı rəsmi Türkiyədəki uzunmüddətli həbslər və jurnalistlərin Avropa Birliyi orqanlarına şikayətləri barədə də bildirib ki, bu şikayətlər prioritetlə araşdırılacaqdır.

Yaqland Türkiyə məsələlərinin izlənilməsi üçün digər avropalı təşkilatlarla yanaşı bu ölkə ilə həmkarlığın davam etdiriləcəyini vurğulayıb.