Türkiyədə insan haqlarının pozulması tənqid olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i274418-türkiyədə_insan_haqlarının_pozulması_tənqid_olunub
Türkiyədə insan haqları cəmiyyətinin sədri Özturk Turk Doğan deyib ki, bu ölkə ötən otuz ildə insan haqlarının pozulması üzrə ən pis dövrdə qərar tapıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2017 15:26 Asia/Baku
  • Türkiyədə insan haqlarının pozulması tənqid olunub

Türkiyədə insan haqları cəmiyyətinin sədri Özturk Turk Doğan deyib ki, bu ölkə ötən otuz ildə insan haqlarının pozulması üzrə ən pis dövrdə qərar tapıb.

IRNA-nın məlumatına görə, Turk Doğan bu gün Huriyyət qəzetilə müsahibədə 2016-cı ildə bu ölkədə insan haqlarının pozulması hallarının sayını Türkiyədə insan haqlarının ən pis şəraitinin göstəricisi adlandırıb.


O, əlavə edib: Türkiyədə insanların hüquqlarının pozulması özünün kulminasiya nöqtəsinə çatıb və ötən il onun 1986-cı ilin 17 iyulunda təsis edilməsindən bəri ən çox insan haqlarının pozulması halı qeydə alınıbdır.

Türkiyədə insan haqları cəmiyyətinin sədri Türkiyə zindanlarında həbsdə olan jurnalistlər, merlər və məclis nümayəndələrinin sayına toxunaraq, deyib ki, qanundan kənar hökmlərin verilməsi Türkiyədə insan haqlarının pozulması üzrə ən kəskin haldır.