Kılıçdaroğlu: Uğursuz Türkiyə çevrilişi nəzarətə alınmışdı
Türkiyə Cümhuriyyət Xalq Partiyasının rəhbəri vurğulayıb ki, bu ölkədə uğursuz 15 iyul çevrilişi nəzarətə alınmış bir çevriliş idi. O, deyib ki, Türkiyə dövləti 2016-cı il uğursuz çevrilişindən öz xeyrinə istifadə edibdir.
IRNA-nın məlumatına görə, Türkiyə Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu dünən bu ölkədə 2016-cı il uğursuz 15 iyul çevrilişinin araşdırılmasını istəyib. O söyləyib: Ankara bu çevrilişin həqiqətlərini ört-basdır etməyə çalışır.
Türkiyə Cümhuriyyət Xalq Partiyasının rəhbəri həmçinin Gülən qrupu ilə əlaqədə olmaqda ittiham edilmiş iki türk müəllimin aclıq keçirməsinə işarə edərək, deyib: Təəssüflə, günahkar olmaq və ya olmamağın təyin edilməsi və şəxslərin həbs olunması siyasətçilərə tapşırılıbdır.
Ankara indiyədək Türkiyədə dörd dəfə fövqəladə durum elan etməkdən əlavə, uğursuz 15 iyul çevrilişi ilə bağlı 130 mindən çox insanı işindən kənarlaşdırıbdır. Qeyd edək ki, bu durum hələ də davam edir.
Avropa Birliyi və Türkiyə dövlətilə müxalif partiyalar bu dövləti onda ittiham ediblər ki, uğursuz çevrilişdən öz siyasi müxaliflərilə hesabı çürütmək üçün istifadə edir.