Ərdoğandan Kiprin tələbinə reaksiya
https://azeri.sahartv.ir/news/türkiyə-i274828-Ərdoğandan_kiprin_tələbinə_reaksiya
Türkiyə prezidenti deyib ki, bu ölkə qüvvələrinin tam şəkildə Kiprdən geri çəkilmələrindən söz belə gedə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2017 11:57 Asia/Baku
  • Rəcəb Tayyıp Ərdoğan
    Rəcəb Tayyıp Ərdoğan

Türkiyə prezidenti deyib ki, bu ölkə qüvvələrinin tam şəkildə Kiprdən geri çəkilmələrindən söz belə gedə bilməz.

IRIB-nin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan dünən İstanbuldakı çıxışında Kipr prezidenti Nikos Anastasiadesin türk qüvvələrin tam şəkildə Kiprdən geri çəkilmələrinə dair tələbinə reaksiyada bildirib ki, Türkiyə hərbçilərinin tam şəkildə Kiprdən geri çəkilmələrindən söz belə gedə bilməz; bundan öncə bu barədə söhbət edilibdir.

Ərdoğan əlavə edib: Kiprin şimalındakı türksakinli bölmə öz sədaqətini göstərib, amma Kiprin yunansakinli bölməsi və Yunanıstan özlərinin fərqli tələblərini irəli sürməkdə davam etdirirlər.

Bundan öncə Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hüseyn Müftioğlu da bu ölkənin hərbi qüvvələrinin Kiprdən çıxmaları ehtimalı barədə yayılmış xəbərləri təkzib etmişdi.

30 minə yaxın Türkiyə qüvvəsi “sabitlik və təhlükəsizliyin bərqərarı” adlandırılan hədəflə hazırda Kipr adasının tüksakinli bölməsində yerləşibdir.

Kiprin tüksakinli bölməsini təkcə Türkiyə rəsmi şəkildə tanıyır.