Kılıçdaroğlu: Ərdoğan Suriya, Türkiyə və İraq xalqlarının düşmənidir
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan Suriya, Türkiyə və İraq xalqlarının, eləcə də bütün region xalqlarının düşmənidir.
Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, Kamal Kılıçdaroğlu deyib: Türkiyə xalqı Ərdoğana elə bir dərs verəcəkdir ki, hansı kəslərin terrorçu olduğunu dərk etsin. O, Ərdoğanı azadlıq, demokratiya və ədalətin düşməni adlandırıb və belə əlavə edib: Ərdoğan Suriya, Türkiyə və İraq xalqlarının, eləcə də bütün region xalqlarının düşmənidir. O, müxaliflərini yatırdı və onlarla jurnalisti və mədəni simanı zindanlara saldı ki, ona etiraz və onun Suriyadakı təhlükəli siyasətlərini ifşa edə bilməsinlər, zira o, kəşfiyyat orqanlarının yük maşınları ilə Suriyadakı terror qruplarına silah və sursat göndərir.
Qərar üzrə İstanbulda keçiriləcək Türkiyə xalqının milyonluq aksiyasına ümid edən Kılıçdaroğlu bildirib: Türkiyə xalqı Ərdoğana elə bir dərs verəcəkdir ki, hansı kəslərin terrorçu olduğunu dərk etsin.