Türkiyənin dəyanət təşkilatının sədri müsəlmanların birliyini vurğulayıb
Türkiyənin dəyanət təşkilatının sədri İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibilə görüşdə müsəlmanlar arasında birliyin genişləndirilməsini vurğulayıb.
Türkiyənin dəyanət təşkilatının sədri Məhəmməd Görməz Ankarada İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki və onu müşayiət edən heyət ilə görüşdə bildirib ki, İslam dünyasının din alimləri islam ölkələri və dünya müsəlmanları arasında birliyin yaradılması üzrə həssas bir vəzifəyə malikdirlər.
Ayətullah Mohsen Əraki də islami xalqlar arasında birliyin gücləndirilməsini islam ölkələrinin mühüm məsələlərindən adlandırıb və deyib: Hər nə qədər bu birlik və həmrəylik artarsa, islam ölkələrində asayiş və sabitlik də bir o qədər artacaqdır.
Qeyd edək ki, İslam düşmənləri hazırda islam ölkələri arasında təfriqə və ixtilaf salmaq üçün onlara qarşı bir çox fitnələrə əl atıblar, lakin bu məsələ islam ölkələrinin, xüsusən din alimlərinin səyləri sayəsində zərərsizləşdirilibdir.