Dəməşq Türkiyədən BMT baş katibinə şikayət etdi
-
Antonio Quterreş
Suriya Xarici İşlər Nazirliyi Türkiyənin Hələbin şimalında yerləşən İzaz məntəqəsinə hərbi təchizat göndərməsinə etiraz edərək, BMT baş katibinə şikayə edib.
İRNA-nın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi cümə axşamı BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına məktub göndərərək, Türkiyənin bu hərəkətini beynəlxalq qanunlara və Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsinə zidd hesab edib.
Suriya Xarici İşlər Nazirliyi Suriya xalqı və silahlı qüvvələrinin terrorçular ilə mübarizədə qətiyyətli olmasına işarə edərək, Türkiyə tərəfindən silahlandırılan müxalif qruplara qarşı mübarizənin davam edəcəyini vurğulayıb.
İnformasiya qaynaqlarının verdikləri məlumata görə, Türkiyə suriyalı müxalif qrupları himayə məqsədi ilə Suriyanın şimalında yerləşən İzaz məntəqəsinə xeyli hərbi təchizat göndərib.
Türkiyə ötən il Suriyanın şimalında İŞİD-ə qarşı başlatdığı "Fərat Qalxanı" əməliyyatı zamanı Cerablus, Əl-Bab, İzaz və Əl-Rai məntəqələrinə nəzarəti ələ keçirərək, öz qüvvələrini burda yerləşdirib.