Türkiyədə etirazçıların 450 km-lik yürüşü sona yaxınlaşır
İyul 08, 2017 15:26 Asia/Baku
Etirazçıların yürüşünün İstanbula yaxınlaşması ilə Türkiyə prezidenti müxalifləri tənqid edib. Türkiyədə etirazçıların 450 km-lik yürüşü son xəttinə yaxınlaşıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyə Xalq Partiyası CHP-ni terrorizmlə eyni istiqamətdə hərəkət etməkdə suçlayır. Onun müxalifləri Ankaradan İstanbula qədər CHP lideri Kamal Qılıçdaroğlunun rəhbərliyi ilə "Ədalət uğrunda Yürüş" şüarı adı altında 450 kilometrlik yürüşü keçirirlər və yürüşün son məqsədi İstanbula yaxınlaşıblar.
Qılıçdaroğlu Ərdoğanın sözlərini bir diktatorun sözləri kimi vəsf edib. Bu yürüş 15 iyunda başlanıb.