Türkiyə parlamentində "Kürdüstan" sözünü işlədənlər üçün nağd cərimə
https://azeri.sahartv.ir/news/türkiyə-i275644-türkiyə_parlamentində_kürdüstan_sözünü_işlədənlər_üçün_nağd_cərimə
Türkiyədəki bəzi partiyalar bu ölkə məclisinə bir layihə təqdim ediblər. Bu layihəyə əsasən, məclis üzvləri tərəfindən "Kürdüstan" sözünün işlədilməsi nağd cərimə ilə cavablandırılacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2017 05:25 Asia/Baku
  • Türkiyə parlamentində
    Türkiyə parlamentində "Kürdüstan" sözünü işlədənlər üçün nağd cərimə

Türkiyədəki bəzi partiyalar bu ölkə məclisinə bir layihə təqdim ediblər. Bu layihəyə əsasən, məclis üzvləri tərəfindən "Kürdüstan" sözünün işlədilməsi nağd cərimə ilə cavablandırılacaqdır.

IRNA türk mənbələrə istinadla xəbər veribdir ki, Türkiyədə əsas qanunun on səkkiz maddəsinin dəyişdirilməsinin banilərindən olan Ədalət və İnkişaf və Milli Hərəkət partiyaları məclisə bir layihə təqdim edərək, "Kürdüstan" sözünü işlədən nümayəndələrin nağd şəkildə cərimə olunmalarını istəyiblər.

Türkiyə iqtidarı "Kürdüstan" sözünü bu ölkədə kürdlər yaşayan vilayətlər üçün işlətməyi problemli məsələ hesab edir və bu qənaətdədir ki, kürdlər yaşayan vilayətlərin məclisdəki üzvləri Türkiyədə kürdlər yaşayan vilayətlərin heç birinin adında mövcud olmayan bu kəlməni işlətməklə separatçılıq və etnik məsələlər yaratmaq fikrindədirlər.