ABŞ və Türkiyə rəsmiləri görüşüblər
https://azeri.sahartv.ir/news/türkiyə-i275780-abŞ_və_türkiyə_rəsmiləri_görüşüblər
ABŞ dövlət katibinin Türkiyə prezidenti və xarici işlər naziri ilə görüşündə regional və beynəlxalq hadisələr araşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2017 06:07 Asia/Baku
  • ABŞ və Türkiyə rəsmiləri görüşüblər
    ABŞ və Türkiyə rəsmiləri görüşüblər

ABŞ dövlət katibinin Türkiyə prezidenti və xarici işlər naziri ilə görüşündə regional və beynəlxalq hadisələr araşdırılıb.

Frans Pressin verdiyi məlumata görə, Beynəlxalq neft və qaz sənayesi konfransında iştirak etmək üçün İstanbulda səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson dünən gücə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşündə müxtəlif regional və iki tərəfli məsələlər barədə danışıqlar aparıb. 

ABŞ dövlət katibi öncə də Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşmüşdü. 

Tərəflər bu görüşdə Suriya böhranı və Qətər ilə regionun ərəb ölkələri arasında yaranmış durumu araşdırıblar. 

2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Amerika ilə Türkiyə arasındakı əlaqələrdə böhran yarandı. 

Rəsmi Ankara çevrilişin Amerikada yaşayan Gülənin işi olduğunu bildirir. 

Türkiyə dövləti həmçinin Suriya və Türkiyədəki kürdlərə ABŞ tərəfindən dəstək verilməsinə də etiraz edir.