Türkiyənin 5-ci hərbi qrupu Qətərə ezam olundu
https://azeri.sahartv.ir/news/türkiyə-i275994-türkiyənin_5_ci_hərbi_qrupu_qətərə_ezam_olundu
Röyters bildirib: Qətərin hərbi dairələri Türkiyənin 5-ci hərbi qrupunun Dohaya daxil olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 04:27 Asia/Baku
  • Türkiyənin 5-ci hərbi qrupu Qətərə ezam olundu

Röyters bildirib: Qətərin hərbi dairələri Türkiyənin 5-ci hərbi qrupunun Dohaya daxil olduğunu bildiriblər.

Türkiyə hərbçiləri əl-Üdeydə hərbi hava bazasına daxil olublar. Türkiyə ordusunun ilk hərbi kontingenti 25 iyunda Dohaya daxil olmuşdu. 

Türkiyənin 5-ci hərbi kontingentinin Qətərə ezam olunması ilə yanaşı qeyd edək ki, Türkiyə hərbçilərinin Qətərdən çıxarılması bu ölkə ilə əlaqələri dayandıran 4 ərəb ölkəsinin 13 şərtindən biridir. 

Türkiyə hərbçilərinin Qətərə ezamı Türkiyə parlamenti və prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə razılaşmasından sonra həyata keçirilib. 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 2017-ci il 5 iyundan Qətərlə diplomatik əlaqələrini dayandırıb, bu ölkəyə sanksiyalar tətbiq edərək Dohanı terrrorizmi dəstəkləməkdə suçlayıblar. Lakin Qətər bu ittihamları rədd edib. 

Fars Körfəzi Əməkdaşlıq Şurasında böhrana son qoymaq üzrə Küveytin vasitəçilik səyləri də nəticəsiz olmuşdur.