İyul 13, 2017 21:14 Asia/Baku
  •  Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə polisi bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın həyatından bəhs edən filmin rejissorunu Gülən hərəkatı ilə əlaqəyə malik olmaq ittihamı ilə həbs edib.

Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, "Oyanış" filminin rejissoru Əli Avcı filmin təqdimat mərasimindən bir gün sonra həbs edilib. Bu filmdə 15 iyul 2016-cı il dövlət əleyhinə uğursuz hərbi çevrilişə işarə edilir. 

Əli Avcı Gülən hərəkatına üzvlükdə ittiham edilir. 

Teqlər