Türkiyə məclisinin üzvünə qarşı həbs hökmü təsdiq olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i276236-türkiyə_məclisinin_üzvünə_qarşı_həbs_hökmü_təsdiq_olunub
Türkiyənin cənubunda yerləşən Qaziantep şəhərinin məhkəməsi bu ölkə məclisinin üzvü Bəsimə Kuncaya qarşı 2 il altı aylıq həbs hökmünü təsdiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2017 08:04 Asia/Baku
  • Türkiyə məclisinin üzvünə qarşı həbs hökmü təsdiq olunub
    Türkiyə məclisinin üzvünə qarşı həbs hökmü təsdiq olunub

Türkiyənin cənubunda yerləşən Qaziantep şəhərinin məhkəməsi bu ölkə məclisinin üzvü Bəsimə Kuncaya qarşı 2 il altı aylıq həbs hökmünü təsdiq edib.

Anadolu xəbər agentliyinin məlumatına görə, Batman şəhər məhkəməsi təqribən iki həftə bundan öncə Van şəhərinin Türkiyə parlamentindəki nümayəndəsi, Xalqların Demokratik Partiyasının üzvü Bəsimə Kuncanı terror qrupları üçün təbliğ ittihamı ilə iki il altı ay müddətinə həbsə məhkum etmişdi. Qaziantep şəhərinin məhkəməsi də bu hökmü təsdiq edibdir.

Türkiyə məclisinin bu üzvü məhkəmə iclasında özünə qarşı ittihamları rədd edərək, azadlığa buraxılmasını istəyibdir.

Türkiyə 2016-cı il iyul çevrilişindən sonra məclis üzvlərinin siyasi toxunulmazlığı qanununu ləğv etdi və ondan sonra saysız-hesabsız məclis üzvü məhkəmə orqanlarına çağırılıbdır.