Ərdoğan: Türkiyədə insan haqlarına hörmət Avropadan daha genişdir
-
Ərdoğan: Türkiyədə insan haqlarına hörmət Avropadan daha genişdir
Türkiyə prezidenti deyib ki, Türkiyədə insan haqlarına hörmət Avropadan daha genişdir.
"Əlcəzirə Mubaşir" telekanalı xəbər verib: Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan bu öllkədə uğursuz dövlət çevrilişinin ildönümü münasibətilə Ankarada etdiyi çıxışında deyib: Türkiyədə insan haqlarına hörmət infrastrukturları Avropa ölkələrindəkindən daha genişdir. Türkiyənin təhlükəsizlik təşkilatlarının daxilində heç bir ayrı-seçkilik mövcud deyil və terrorizmlə savaşda qalib gələcəyik.
Ərdoğan əlavə edib: Fransa bu ölkədə çevrilişin baş vermədiyi bir halda fövqəladə vəziyyət elan etdi. Biz yaşadığımız şəraitdə fövqəladə durum elan etməyə haqlıyıq. Bu böhranın başa çatacağı və duyulası bir nəticə əldə edəcəyimiz zaman fövqəladə durumu ləğv edəcəyik. Bizim məhkəmələrimiz var və bütün xainləri mühakimə edəcəyik və göstərəcəyik ki, insan haqlarına və ədalətə riayət edən bir ölkəyik.