Ankarada sionist rejimə qarşı aksiya
-
Məscidül-Əqsa
Məscidül-Əqsada cümə namazının qılınmasına imkan verilmədiyinə etiraz əlaməti olaraq Ankarada əhali və fələstinli miqrantlar sionist rejimin səfirinin iqamətgahı qarşısında aksiya keçiriblər.
İRNA-nın verdiyi məlumata görə, aksiyaçılar Fələstin və Türkiyə bayraqlarını daşıyaraq, sionist rejimin cinayətlərini pisləyən fotolar və plakatlar əllərində tutaraq Qüdsü işğal edən rejimin işğal olunmuş ərazilərdəki hərəkətlərini pisləyiblər.
Polisin güclü təhlükəsizlik tədbirləri ilə müşayiət olunan bu aksiya yekun bəyanatla sona çatıb.
Türkiyənin XİN-i dünən gecə bir bəyanat yayaraq sionist rejimin Məscidül-Əqsanı namaz qılanların üzünə bağlamasına reaskiya verib və bu qərarın dərhal ləğv edilməsini, məsciddə sakitlik və stabilliyin mühafizə edilməsini və məscidin ibadət üçün yenidən açılmasını istəyib.
Cümə günü səhər sionist hərbçilərlə fələstinli gənclər arasında Məscidül-Əqsanın həyətində baş verən toqquşmalarda 3 fələstinli gənc şəhid olub, 2 sionist hərbçi ölüb. Bu hadisədən sonra sionist rejim son əlli ildə ilk dəfə olaraq Məscidül-Əqsada cümə namazının qılınmasına qadağa qoyub.