Türkiyədə onlarla adam həbs edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i276710-türkiyədə_onlarla_adam_həbs_edilib
Ankara prokurorluğu Gülən qrupunun fəaliyyətləri ilə əlaqədar təhqiqatlar çərçivəsində 40 nəfərin saxlanılmasına hökm verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2017 10:05 Asia/Baku
  • Türkiyədə onlarla adam həbs edilib
    Türkiyədə onlarla adam həbs edilib

Ankara prokurorluğu Gülən qrupunun fəaliyyətləri ilə əlaqədar təhqiqatlar çərçivəsində 40 nəfərin saxlanılmasına hökm verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, saxlanılanlardan 39 nəfəri Türkiyənin Daxili İşlər Nazirliyinin keçmiş işçilərindən ibarət olub onlar son aylarda işdən qovulmuşlar. 

Rəcəb Təyyib Ərdoğan hökuməti 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra 130 mindən çox vətəndaşı işdən qovub yaxud həbs edib. 

Türkiyə dövləti bildirir ki, Abdullah Gülən bir qrup təşkil edərək məhkəmə, hərbiyyə, təhsil və dövlət orqanlarına nüfuz etmişdir və nəhayət dövlət çevrilişi planını həyata keçirməyə cəhd göstərmişdir. Gülən bu ittihamları rədd edir.

Deyilənlərə görə uğursuz dövlət çevrilişində 249 nəfər həlak olub 2 min 193 nəfər isə yaralanıb.