İstanbulda hökumətə qarşı aksiya
-
İstanbulda hökumətə qarşı aksiya
İstanbulda hökumətin repressiv siyasətləri ilə müxalifət və tətil elan edən iki nəfərlə həmrəylik nümayiş etdirmək üçün keçirilən aksiya polis qüvvələrinin müdaxiləsi ilə qarşıdurmaya gətirib çıxarıb.
FransPress-in verdiyi məlumata görə, Türkiyə polis qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər, 40 aksiyaçı da saxlanılıb.
Aksiya Səmih Uzakça və Nuriyyə Gülmən adlı cütlüyün aclıq aksiyasına dəstək məqsədi ilə keçirilib.
Aclıq keçirənlər 2016-cı il 15 iyulda uğursuz dövlət çevrilişində Gülənlə əməkdaşlıq etməkdə ittihamlandırılaraq işdən qovulublar. Onlar bu qərara etiraz olaraq 4 aydır aclıq elan ediblər və fiziki durumları yaxşı deyil.
35 yaşlı Nuriyyə Gülmən universitet müəllimi, 28 yaşlı Səmih Uzakça isə ibtidai məktəb müəllimidir. Onlar uğursuz dövlət çevrilişində əli olmaqda ittihamlandıraraq işdən qovan məhkəmə hökmü əsasında ötən ay həbs ediliblər.
Türkiyə dövləti 15 iyul uğursuz dövlət çevrilişinin Gülən qrupu tərəfindən təşkilatlandırıldığını deyir, Gülən isə bu iddianı rədd edir.