İstanbulda Böyük Qüds Toplantısı təşkil olunub
Türkiyənin çoxlu sayda vətəndaşı və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə İstanbul şəhərində Böyük Qüds Toplantısı keçirilib.
İRNA-nın məlumatına görə, bu toplantı Türkiyə xalqının Fələstin xalqı ilə həmrəyliyini elan etməsi məqsədilə ötən gün keçirilib.
Toplantı iştirakçıları "İsrail öz qanına qərq olacaq" və "İsrailə ölüm!" məzmunlu plakatlar, Türkiyə və Fələstin bayraqlarını əllərində tutub və fələstinlilər qarşısında sionistlərin cinayətləri əleyhinə şüarlar səsləndiriblər.
Qüds şəhəri iki həftə öncədən sionist rejimin əl-Əqsa məscidindəki təhlükəsizlik tədbirlərinə etiraz əlaməti olaraq fələstinli gənclərlə sionist hərbçilər arasında irimiqyaslı toqquşmaların şahididir.
İndiyə qədər bu qarşıdurmalarda 17 nəfər şəhid olub, çoxlu sayda fələstinli də yaralanıb.