İƏT-in fövqəladə iclası başlanıb
Avq 01, 2017 09:45 Asia/Baku
-
İƏT-in fövqəladə iclası başlanıb
İslami Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Qüds və Məscidül-Əqsa mövzusunda fövqəladə iclası İstanbulda öz işinə başlayıb.
İRNA-nın verdiyi məlumata görə, İƏT-in XİN başçılarının fövqəladə iclası 40-dan çox müsəlman ölkənin XİN rəsmilərinin iştirakı ilə İstanbulda öz işinə başlayıb.
Bu iclasda işğal olunmuş Qüdsdə və Fələstinin işğal olunmuş ərazilərində son durum və sionist rejimin cinayətləri araşdırılacaq.
14 müsəlman ölkə o cümlədən İran İslam Respublikasının xarici işlər naziri bu iclasda iştirak edir.
İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif iclasdan öncə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək Fələstin məsələsini onunla müzakirə edib.
Teqlər