Türkiyədə əsas müttəhimlərin məhkəməsinə başlanılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i278284-türkiyədə_əsas_müttəhimlərin_məhkəməsinə_başlanılıb
Türkiyə xəbər mənbələri 2016-cı il uğursuz dövlət çevrilişi ilə əlaqədar müttəhimlərin ən əsas məhkəməsinə başlanıldığından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 12:00 Asia/Baku
  • Türkiyədə əsas müttəhimlərin məhkəməsinə başlanılıb
    Türkiyədə əsas müttəhimlərin məhkəməsinə başlanılıb

Türkiyə xəbər mənbələri 2016-cı il uğursuz dövlət çevrilişi ilə əlaqədar müttəhimlərin ən əsas məhkəməsinə başlanıldığından xəbər veriblər.

Frans Pressin Türkiyə mənbələrinə istinadla verdiyi məlumata görə, 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişi əməliyyatı ilə əlaqədar müttəhimlərin əsas məhkəməsi bu gün paytaxt Ankaranın yaxınlığında bir həbsxanada güclü təhlükəsizlik tədbirləri altında başlanılıb. 

Deyilənlərə görə Akıncı hava bazası ilə əlaqədar olan bu cinayət işində 500 şübhəli eyni-zamanda mühakimə edilir. 

Dünən Türkiyəniin Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq ötən həftə ərzində Gülən qrupu ilə yaxud uğursuz dövlət çevrilişi ilə əlaqədə olmaq ittihamı ilə 1100 nəfərin ölkənin müxtəlif bölgələrində həbs edilməsindən xəbər vermişdi.