Zərif: Beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərinə son qoymalıdır
İranın xarici işlər naziri deyib: Beynəlxalq ictimaiyyət İsrail rejiminin cəzasız qalması ənənəsinə son qoymalıdır və bu rejimi Fələstin xalqına qarşı cinayətlər və planlarını dayandırmağa məcbur etməlidir.
İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün İstanbulda Qüds və Fələstin mövzusunda keçirilən İslami Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasında etdiyi çıxışında sionist rejimin fələstinlilərə qarşı hərəkətlərini pisləyərək deyib: İslam ümməti bütöv beynəlxalq hərəkət uğrunda birləşməlidir və sionistlərin öz cinayətlərini gizli saxlamaq cəhdlərini puça çıxarmalıdır.
Zərif müsəlmanları sionistlərin qeyri-real və içi boş jestlərinə aldanmamağa çağıraraq deyib: İslam ümməti kimsəyə İƏT-in islam ümmətinin birliyi, sionist rejimin ekspansionist və işğalçılıq siyasətləri ilə qarşılaşmaq və Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəkdən ibarət olan amalını yayındırmaq icazəsi verməməlidirlər.