İƏT İstanbulda fövqəladə iclas keçirdi
https://azeri.sahartv.ir/news/türkiyə-i278312-İƏt_İstanbulda_fövqəladə_iclas_keçirdi
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Qüds və Əl-Əqsa Məscidi ətrafında yaşanan olayları araşdırmaq üçün İstanbulda fövqəladə iclas təşkil ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 16:28 Asia/Baku
  • İƏT İstanbulda fövqəladə iclas keçirdi
    İƏT İstanbulda fövqəladə iclas keçirdi

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Qüds və Əl-Əqsa Məscidi ətrafında yaşanan olayları araşdırmaq üçün İstanbulda fövqəladə iclas təşkil ediblər.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün İstanbula səfər edib. Əl-Əqsa məscidi ətrafında cərəyan edən hadisələr bu iclasın gündəmini təşkil edən əsas məsələdir.

 

İslam Əməkdaşlıq Təşkilatı Əl-Əqsa məscidi ətrafında cərəyan edən son hadisələri və İsrail rejiminin cinayətlərini araşdırmaq üçün Türkiyənin İstanbul şəhərində fövqəladə iclas təşkil edib. Bu, İslam Əməkdaşlıq Təşkilatının 2017-ci ildə təşkil etdiyi ilk fövqəladə iclasdır. Bu bir günlük iclas xarici ölkə nazirləri və digər ölkə rəsmilərinin iştirakı ilə keçirilib.

 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İstanbul iclası ilə bağlı jurnalistlərə verdiyi açıqlamada deyib: "Ötən iclaslarda olduğu kimi bu iclasda da təkid etdiyimiz əsas məsələ İsrail rejiminin öz işğalçılıq siyasətlərini davam etdirməsi məsələsiidir. Buna görə də İslam ölkələri və region ölkələri İsrail rejiminin bu siyasətləri qarşısında ayıq olmalı və İsrail rejiminə İslam Dünyasının diqqətini ən əsas təhlükədən yayındırmasına icazə verməməlidirlər."

 

İran İslam Respublikasının xarici işlər naziri həmçinin, türkiyəli həmkarı ilə görüşərək, regionda cərəyan edən son hadisələri o cümlədən Əl-Əqsa olaylarını araşdırıb, İslam ölkələrinin sionist rejimin cinayətləri qarşısında birləşməsinə təkid ediblər. İki gün öncə də İstanbulun Yeni Kapı məntəqəsində yüz minlərlə insan bir araya gələrək, İsrailin fələstinlilərə qarşı cinayətlərinə etiraz olaraq aksiya keçirmişdi.