Avq 02, 2017 07:23 Asia/Baku
  • İƏT-in İstanbul fövqəladə iclası başa çatıb
    İƏT-in İstanbul fövqəladə iclası başa çatıb

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin icra komitəsinin Qüds və Məsciduləqsa mehvəri ilə İstanbulda keçirilən fövqəladə iclası bir bəyanat yayaraq, başa çatıb.

IRIB-nin məlumatına görə, dünən İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif daxil olmaqla 44 islam ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən bu birgünlük iclasda son günlər Beytulmuqəddəsdə baş verən hadisələr araşdırılıb.

İclasın yekun bəyanatında sionist rejimin Fələstin ərazilərindəki işğalçılıq hərəkətlərinin davam etməsi kəskin tərzdə pislənərək, müsəlmanların ilk qibləsi kimi Qüdsi-Şərif hərəminin qorunması vacibliyi vurğulanıb.

Teqlər