İstanbulda İŞİD terrorçuları saxlanılıblar
Avq 08, 2017 06:09 Asia/Baku
-
İstanbulda İŞİD terrorçuları saxlanılıblar
Türkiyədə çıxan Milliyyət qəzeti İstanbulda bir neçə İŞİD terrorçusunun həbs edilməsindən xəbər verib.
İRİB-in verdiyi məlumata görə, Milliyyət qəzetini özünün bu günkü sayında yazıb: Türkiyə polisi və İstixbarat Təşkilatının(MİT) müştərək əməliyyatı nəticəsində İstanbulun Başak Şehir bölgəsində 5 nəfərdən ibarət terrorçu dəstəsi saxlanılıb.
Milliyyət qəzeti yazıb: Saxlanılanlar əcnəbidir və terror aktı törətmək üçün Türkiyəyə göndərilibmişlər.
Polis və MİT əməkdaşlarının İstanbulun Başak Şehir məhəlləsində yerləşən terrorçuların igamətgahına hücumunda 3 ədəd tapança, çoxlu sayda sənəd və dicital təchizatlar zəbt edilib.