Türkiyə Qətərlə birgə təlim-məşq keçir
https://azeri.sahartv.ir/news/türkiyə-i279114-türkiyə_qətərlə_birgə_təlim_məşq_keçir
Türkiyə ordusu dünən Fars Körfəzindəki qonşuları ilə misli görünməmiş böhranla üzləşən Qətərlə müştərək hərbi təlim-məşqlərini uğurlu dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 09, 2017 06:34 Asia/Baku
  • Türkiyə Qətərlə birgə təlim-məşq keçir
    Türkiyə Qətərlə birgə təlim-məşq keçir

Türkiyə ordusu dünən Fars Körfəzindəki qonşuları ilə misli görünməmiş böhranla üzləşən Qətərlə müştərək hərbi təlim-məşqlərini uğurlu dəyərləndirib.

IRIB-nin məlumatına görə, Türkiyə ordusunun baş qərargahı bildirib ki, bu müştərək hərbi təlim-məşqlər iki ölkə ordularının həmkarlığı, koordinasiyası və gücləndirilməsi məqsədini güdür və uğurla həyata keçirilibdir.

Fars Körfəzi bölgəsi Ərəbistan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirin iyunun beşində Qətərlə əlaqələrini kəsmələrindən sonra ən pis diplomatik böhranla üzləşibdir.

Türkiyə Qətərlə xüsusi əlaqələrə malik olmaqla bərabər, Ərəbistanla əlaqələrini qoruyub saxlamağa və bu böhranda vasitəçi rolunu oynamağa çalışır.