ABŞ-ın kürdlərə dəstəyi terrorizmin yayılmasına səbəb olur
https://azeri.sahartv.ir/news/türkiyə-i279308-abŞ_ın_kürdlərə_dəstəyi_terrorizmin_yayılmasına_səbəb_olur
Türkiyənin xarici işlər naziri deyib: Amerikanın Suriyanın şimalındakı kürdlərə dəstəyi terrorizmin yayılmasına region ölkələrində destabillyə səbəb olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2017 04:49 Asia/Baku
  • ABŞ-ın kürdlərə dəstəyi terrorizmin yayılmasına səbəb olur
    ABŞ-ın kürdlərə dəstəyi terrorizmin yayılmasına səbəb olur

Türkiyənin xarici işlər naziri deyib: Amerikanın Suriyanın şimalındakı kürdlərə dəstəyi terrorizmin yayılmasına region ölkələrində destabillyə səbəb olur.

İRNA-nın verdiyi məlumata görə, Mövlud Çavuşoğlu dünən Ankarada deyib: ABŞ-ın PYD və PYG-ni himayə etməsi regiondakı digər terrorçu qrupların da daha da sərbəst olmalarına zəmin yarada bilər. 

Bəzi ekspertlərə görə Türkiyə və Amerika terrorizm ilə mübarizə mövzusunda ikili siyasətə malik olublar və biri-birlərini terrorizmi himayə etməkdə ittiham edirlər. Bu iki ölkənin Suriya və İraqdakı terrorçu qruplara dəstəyi indiyədək minlərlə günahsız insanın ölümü ilə nəticələnib.