Demirtaş: Vaxtından qabaq seçkilər Türkiyədə hakim partiyanın hədəfidir
https://azeri.sahartv.ir/news/türkiyə-i279736-demirtaş_vaxtından_qabaq_seçkilər_türkiyədə_hakim_partiyanın_hədəfidir
Türkiyədə Xalqların Demokratik Partiyasının məhbus rəhbəri deyib ki, bu ölkədə Ədalət və İnkişaf Partiyası vaxtından qabaq seçkilərin ardıncadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2017 12:27 Asia/Baku
  • Səlahəddin Demirtaş
    Səlahəddin Demirtaş

Türkiyədə Xalqların Demokratik Partiyasının məhbus rəhbəri deyib ki, bu ölkədə Ədalət və İnkişaf Partiyası vaxtından qabaq seçkilərin ardıncadır.

ISNA-nın məlumatına görə, Səlahəddin Demirtaş bu gün Türkiyənin Van şəhərində "Sayıqlıq və Ədalət" mərasiminə müraciətdə deyib: Ədalət və İnkişaf Partiyası və Milli Hərəkət Partiyası onun həbsindən sui-istifadə edərək, Türkiyədə vaxtından qabaq seçkilərin iclaslarına başlayıblar.

Xalqların Demokratik Partiyasının məhbus rəhbəri deyib: Ərdoğan prezident büdcəsindən bütün Türkiyədə Ədalət və İnkişaf Partiyasının yürüşlərini keçirmək üçün istifadə edir.

Xalqların Demokratik Partiyasının məhbus rəhbəri Səlahəddin Demirtaş 2016-cı il avqustun 12-də bir terror qrupu üçün təbliğat aparmaqda təqsirləndirilərək, beş il müddətinə həbsə məhkum edilibdir.