İstanbulda atışma
Avq 15, 2017 11:55 Asia/Baku
-
İstanbulda atışma
İnformasiya mənbələri Türkiyənin İstanbul şəhərində atışmanın baş verməsindən xəbər verirlər.
Əlməyadin telekanalının məlumatına görə, Türkiyə mediaları bildiriblər ki, bir silahlı şəxs bu gün İstanbuldakı binalardan birinin damından hədəfsiz olaraq, atəş açıbdır.
Türkiyə mediaları bu hadisə barədə artıq təfərrüat verməyiblər.
Bu atışma elə bir halda baş veribdir ki, informasiya mənbələri dünən bildiriblər ki, İstanbulda terror əməliyyatı keçirməyə zəmin yaratmaq ittihamı ilə həbs olunmuş bir İŞİD üzvü bir polisi öldürüb və bir nəfəri də yaralayıbdır.
Teqlər