Gülənin Türkiyə barədəki rəmzli cümləsi
-
Gülənin Türkiyə barədəki rəmzli cümləsi
Türkiyə mediaları Gülən tərəfindən iki videoçarxın yayılmasından xəbər verirlər.
Azərbaycan R-nın Axar xəbər portalının məlumatına görə, Fəthullah Gülən tərəfindən yayılmış iki yeni videoçarxda o deyir ki, yeni addım atmaq gərəkdir.
Bu məlumata görə, Gülənin yeni addımın atılması barədəki təkidi əslində Türkiyədə Rəcəb Tayyıb Ərdoğan dövlətinə qarşı yeni bir hücumun başlanması haqda bir göstərişdir.
Bəzi politoloqlar bildiriblər ki, Gülən fövqəladə hallarda şəxslərin sui-qəsdinin həyata keçirilməsi üçün bu cür cümlələrdən istifadə edir.
Türkiyə dövləti deyir ki, Gülən dövlət orqanları, məhkəmə, hərbi və təlim qurumlarına nüfuz edərək, 15 iyul çevrilişini təşkil edibdir. Bu iddia dəfələrlə Gülən tərəfindən rədd olunub. O, bildiribdir ki, Türkiyə dövləti bu xüsusdakı fakt və sənədlərini təqdim etməlidir.