Türkiyə İraq Kürdüstanında referendumun keçirilməsini tənqid edib
Türkiyə dövlətinin sözçüsü deyib ki, İraq Kürdüstanının ayrılmasına dair referendumun keçirilməsi regionda daha artıq səbatsızlığa səbb olacaqdır.
Türkiyə baş nazirinin müavini və Türkiyə dövlətinin sözçüsü Bəkir Bozdağ Ankarada keçirdiyi mətbuat konfransında İraq Kürdüstanından istəyibdir ki, İraqdan ayrılmaq üzrə referendumun keçirilməsi qərarını yenidən nəzərdən keçirsin, zira bu məsələ regionda daha artıq səbatsızlığa səbb olacaqdır.
O, əlavə edib: İraq Kürdüstanının İraqdan ayrılması üzrə referendum İraq konstitusiyasının pozulması deməkdir.
İraq Kürdüstanındakı partiyalar iyunun 7-də bu məntəqənin başçısı Məsud Barizaninin iştirakı ilə keçirdikləri iclasda İraq Kürdüstanının İraqdan ayrılması üzrə referendumun 2017-ci il sentyabrın 25-də keçirilməsi ilə razılaşıblar.
İraq Kürdüstanının İraqdan ayrılmaq üzrə referendumun keçirilməsinə israr etməsi İraq dövlətinin və iraqlı qrupların kəskin reaksiyaları ilə üzləşibdir.