Avq 18, 2017 09:06 Asia/Baku
  • İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə Prezident Aparatının sözçüsü bildirib: İraq Kürdüstanı rəsmiləri bu bölgənin İraqdan ayrılması üzrə referendumdan vaz keçməlidirlər.

İRNA-nın məlumatına görə, İbrahim Kalın cümə axşamı günü İraq Kürdüstanı rəsmilərinin sağlam ağılla addım atmalı olduqlarını bəyan edərək ixtilafların həlli üçün Ərbil-Bağdad arasında müzakirələrin davam etməsini istəyib. 

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Baqiri də çərşənbə günü Ankarada deyib: İraq Kürdüstanında referendumun keçirilməsi bu ölkədə yeni qarşıdurmalar və gərginliyin başlanmasına səbəb olacaq. 

İraq Kürdüstanının bəzi partiyaları 7 iyunda bu bölgə rəhbəri Məsud Barizaninin iştirak etdiyi iclasda Kürdüstanın İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsi ilə razılaşıblar. Bu məsələ İraq dövləti və müxtəlif qrupları, region və dünya ölkələrinin müxalifəti ilə üzləşib. 

Teqlər