Avq 24, 2017 09:32 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri İraq Kürdüstanı məntəqəsinin başçısı ilə görüşdə Ankaranın bu məntəqənin İraqdan ayrılması üzrə referendumun keçirilməsi barədəki mövqeyini Barizaniyə bildirib.

İraq Kürdüstanı məntəqəsinin başçıları ilə görüşmək məqsəilə dünən İraqın Bağdad, sonra isə Ərbil şəhərlərinə daxil olmuş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizani ilə keçirdiyi görüşdən sonra bir mətbuat konfransında deyib: Türkiyə ilə İraq Kürdüstanı məntəqəsi arasında ticarət mübadilələrinin referendum ilə əlaqəsi yoxdur. Digər tərəfdən, PKK qrupu Türkiyə, İraq və Kürdüstan məntəqəsi üçün müştərək problem sayılır.

Çavuşoğlu vurğulayıb ki, Kərkükdə Kürdüstanı məntəqəsinin bayrağının qaldırılması yanlış hərəkət olubdur.

İraq dövlətinin bu ölkənin ərazi bütövlüyü və milli birliyinin qorunmasını vurğuladığı bir halda, Kərkük vilayət şurası martın 28-də bu vilayətin dövlət müəssisələrində İraq Kürdüstanı məntəqəsinin bayrağını İraq bayrağı ilə yanaşı yerləşdirməsinin lehinə səs verdi ki, bu da İraq dövlətinin və Kərkük türkmənlərinin reaksiyası ilə üzləşdi.

Həmçinin Türkiyənin xarici işlər naziri dünən Bağdadda İraqın xarici işlər naziri İbrahim Əlcəfəri ilə birgə mətbuat konfransında Kürdüstan məntəqəsinin İraqdan ayrılması üzrə referendum ilə müxalifət edərək, bildirib ki, İraq kürdlərinin referendumun keçirilməsinə israr etmələri yanlış hərəkətdir.

Çavuşoğlu Bağdada daxil olduqdan sonra İraqın prezidenti Fuad Məsum, parlament sədri Səlim Əlcəburi, həmçinin İraq türkmənlərinin siyasi nümayəndələri ilə də ayrı-ayrılıqda görüşübdür.

Teqlər