Türkiyə bir daha Kürdüstanda referendumun əleyhinə olduğunu bildirib
-
Türkiyə bir daha Kürdüstanda referendumun əleyhinə olduğunu bildirib
Türkiyənin baş naziri Binəli Yıldırım bir daha ölkəsinin İraq Kürdüstanından müstəqillik üzrə referendumun keçirilməsinə qarşı olduğunu bildirib.
İRNA-nın verdiyi məlumata görə, Binəli Yıldırım, İraq Kürdüstanının bu ölkədən ayrılacağı təqdirdə müharibənin baş verəcəyi ehtimalından danışan Türkiyə Milli Hərəkat Partiyası(MHP) sədri Dövlət Baxçalının dünənki bəyanatına münasibət bildirərkən deyib: Bu barədə rəsmi Ankaranın mövqeyi tam aydındır, Türkiyə bu layihəni rəsmən tanımır və onu qəbul etmir.
Türkiyə rəhbərləri İraq Kürdüstanının bu ölkədən ayrılması üzrə referendumun keçirilməsinin əleyhinə olduqlarını dəfələrlə bildiriblər.
Öncə də İraqın baş nazri Heydər Əl-İbadi Kürdüstanın bu qərarının İraqın konstitusiyasına zidd olduğunu demişdi.
İraq Kürdüstanının İraqdan ayrılması üçün referendumun 25 sentyabrda keçiriləcəyi qərara alınıb.