Əl-Cəzirə portalına qarşı hakerlər həbs edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i280942-Əl_cəzirə_portalına_qarşı_hakerlər_həbs_edilib
Türkiyə rəsmiləri Əl-Cəzirə telekanalının internet portalının hak edilməsi ilə əlaqədar 5 nəfərin həbs edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2017 04:56 Asia/Baku
  • Əl-Cəzirə portalına qarşı hakerlər həbs edilib
    Əl-Cəzirə portalına qarşı hakerlər həbs edilib

Türkiyə rəsmiləri Əl-Cəzirə telekanalının internet portalının hak edilməsi ilə əlaqədar 5 nəfərin həbs edilməsindən xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Əl-Cəzirə telekanalına qarşı kibernetik hücumda Qətərin əmiri Təmim Bin Həmd Bin Xəlifə Ali-Saninin dilindən bəzi sözlər sayta yerləşdirilmişdi. 

Türkiyədə hadisə ilə əlaqədar həbs edilənlərın hansı ölkə vətəndaşı olduqları barədə hələ məlumat yayılmayıb. 

Qətər əmirinin dilindən İranın regional gücünün qiymətləndirilməsi və Tehran-Doha arasında strateji əməkdaşlıqlara dair sözlərin yayılmasından sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətər dövlətini terrorizmi himayə etməkdə ittihamlandırıb və bu ölkə ilə siyasi-iqtisadi əlaqələri dayandırıblar.